Yuxarı

Türkiyənin İrəvan siyasəti Bakıya bağlıdır – Mustafa Aydın

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Türkiyənin xarici siyasət gündəmində 10-cu yerdədir.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli politoloq Mustafa Aydın martın 20-də “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusunda İrəvanda keçirilən müzakirə zamanı deyib.

O ildirib ki, Türkiyənini gündəmində birinci yerdə ABŞ ilə münasibətlər, ikinci yerdə İraq və Suriyada gözlənilən əməliyyat, üçüncü yerdə Yunanıstanla münasibətlər, dördüncü yerdə Ukrayna və Qara dənizdir:

“Türkiyədə heç kim rəsmi və ya açıq şəkildə Ermənistanı müzakirə etmir. Bu, 10-15 il əvvəlkindən fərqlidir. Türkiyədə belə diskussiya yoxdur. Çoxları bu məsələyə yalnız Ermənistan-Azərbaycan-Türkiyə üçbucağında baxır. Çoxları Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hansı formada imzalanacağına və onun olub-olmayacağına əsaslanır.

Azərbaycanla strateji əlaqə Türkiyə üçün vacibdir və bu, Ankaranın Türkiyəni enerji mərkəzinə çevirmək üçün təməl daşı məsələlərindən biridir. Coğrafi baxımdan da Azərbaycan Türkiyə üçün Ermənistandan daha vacibdir”.

Mustafa Aydın təkcə Naxçıvandan Azərbaycana gedən yolun deyil, regionda bütün kommunikasiyaların açılmasının vacibliyini qeyd edib.

Tarix
2024.03.20 / 11:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla