Yuxarı

Moskva bu teraktdan necə istifadə edəcək?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada törədilən terror aktının əsas müzakirə mövzusu “hücumun arxasında hansı qüvvə dayanır” məsələsi olacaq və böyük ehtimalla tərəflər öz maraqlarına uyğun “günahkarlar” təqdim edəcək.

ABŞ hücumda Ukraynanın iştirakına dair heç bir əlamətin olmadığını açıqlayıb, rəsmi Kiyev də Rusiyanın özünü günahlandırır. Moskva isə “Ukraynanın iştirakına dair əlamətin olmadığı” fikri ilə razılaşmayıb. Bu o deməkdir ki, Rusiya terror aktına görə Ukraynanın günahlandırılmasına hazırlaşır və İkinci Çeçen müharibəsində olduğu kimi, indi də belə bir hücumların Moskva üçün sərfəli tərəfləri də var.

Bunun fonunda Peskovun günün birinci yarısında verdiyi Ukraynada “xüsusi əməliyyatın müharibəyə keçdiyi” haqda açıqlaması xüsusilə diqqət çəkir. Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə edilən hücum rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil və Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür.

Bu kontekstdə Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər və istisna deyil ki, bunu İŞİD, yaxud Rusiyanın Azadlığı Legionu, Rusiya Könüllüləri Korpusu, Sibir batalyonu kimi daxili qruplar “üzərlərinə” götürsün.

Qeyd edək ki, İŞİD artıq belə bir bəyanat yayıb.

Tarix
2024.03.23 / 08:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla