Yuxarı

Qafarovanın sədrliyi ilə APA-nın iclası keçirildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (AРA) Koordinasiya iclasına sədrlik edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri bildirib ki, bu, AРA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclasıdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2024-cü ilin 20-24 fevral tarixlərində Bakıda "Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın təşviqi" mövzusuna həsr olunmuş AРA-nın 14-cü plenar iclası keçirilib. İclasda Azərbaycan rəsmi olaraq 2024-2025-ci illər üçün təşkilatın sədri seçilib. O, inamını ifadə edib ki, bu, həm AРA, həm də Azərbaycan üçün yeni səhifə açacaq.

S.Qafarova qeyd edib ki, AРA-nın 14-cü plenar iclası 26 dövlətin və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı ümumi maraq doğuran müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli imkan yaradıb. Plenar iclasın yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib və sənəddə iştirakçıların müzakirə olunan məsələlərlə bağlı ümumi mövqeyi əks olunub.

İclas daha sonra AРA-ya üzv olan ölkələrin parlament nümayəndələrinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında AРA-nın ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında çıxışları ilə davam etdirilib.

Tarix
2024.03.23 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla