Yuxarı

Prezident Rolli Van Rappardı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:15

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biri olan “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.

Axar.az xəbər verir ki, Azərbaycanda davamlı inkişaf proseslərinin getdiyini vurğulayan Rolli Van Rappard ölkənin bir çox sahədə əldə etdiyi nailiyyətlərin çox təqdirəlayiq olduğunu bildirdi. Qonaq “CVC Capital Partners” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etməsindən böyük məmnunluq hissi duyduğunu deyərək, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.

Prezident İlham Əliyev dünyanın qabaqcıl maliyyə qurumları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “CVC Capital Partners” şirkəti ilə uğurlu tərəfdaşlığını müsbət qiymətləndirərək mövcud münasibətlərin daha da gücləndirilməsi üçün əlverişli mühitin olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini deyən dövlətimizin başçısı qeyri-sabit maliyyə bazarları mühitində də Fondun aktivlərinin artdığını vurğuladı.

Qeyd edək ki, 1981-ci ildə təsis olunmuş “CVC Capital Partners” şirkətinin özəl səhmlər, özəl kredit, infrastruktur və digər fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 187 milyard avrodur. Dünyanın müxtəlif şəhərlərində 40 ofisi və 850-dən çox əməkdaşı olan şirkətin mərkəzi ofisi Lüksemburqda yerləşir.

Tarix
2024.05.29 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-dən Azərbaycanla bağlı paylaşım

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik

Mirzoyanı Ərdoğan şəxsən qəbul edəcək?

Türkiyə ordusu Zəngəzura girsə... - Abovyan

Rusiyadan Qazaxıstana qadağa: Astana cəzalandırılır?

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

Azərbaycan hər şeyi alacaq! - Oskanyan

Türkiyə atəşə tutuldu: ordunun “bufer zona”sı yarıldı? - General

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla