Yuxarı

Bayramov Obrayenlə görüşdü: Sülh sazişi…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenlə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti görüşdə qeyd olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.

Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, Konstitusiyaya dəyişik edilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2024.06.28 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla