Yuxarı

İki azərbaycanlı prezident danışdı: Nələr gözlənilir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana telefon zəngi rəsmi Bakının ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu göstərən amillərdən biridir. Azərbaycan İranla daim mehriban qonşuluq siyasətini dəstəkləyib və bu siyasət öz qüvvəsində qalır. Bakının iki əsas gözləntisi var: birincisi, Pezeşkianın prezidentliyi dövründə münasibətlərin daha da inkişaf etməsi, ikincisi, əvvəlki razılaşmaların icra edilməsidir. Əliyevin Pezeşkiana zəngində bu məqamlar xüsusilə vurğulanır.

Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

Onun sözlərinə görə, Pezeşkianın prezident seçilməsi İranda Azərbaycanla normallaşma siyasətinin davam edəcəyi gözləntilərini artırır:

“İranda daha öncə Azərbaycanla süni şəkildə gərginliyin yaradılması müşahidə edilirdi və əsas kimi Ermənistanın maraqlarının müdafiəsi götürüldü. Lakin rəsmi Tehran Bakı ilə gərginliyin İranın bölgədəki maraqlarına zidd olduğunu anladı. Buna səbəb həm Azərbaycanın haqlı mövqeyindən geri çəkilməməsi, həm də müdafiə etdikləri Ermənistanın İranın maraqlarının əleyhinə siyasəti oldu. Sirr deyil ki, İranda Azərbaycanla süni gərginliyi yaradanlar SEPAH daxilindəki müəyən qruplaşmalar və ermənilərə yaxın dairələr idi. Son dövrlər bu qrupların arxa plana keçdiyi, Bakı-Tehran xəttində normallaşmanın sürətləndiyi müşahidə edilir. Rəisinin helikopter qəzasında həlak olmasından sonra əsas suallardan biri də bu prosesin hansı istiqamətində inkişaf edəcəyi idi. Çünki yeni prezidentin kim olacağı və hansı siyasi xətti yürüdəcəyi bəlli deyildi. Pezeşkianın seçilməsi prosesin müsbət istiqamətində inkişafı gözləntisini yaradır. Birincisi, Pezeşkian əslən azərbaycanlıdır və Tehranın Bakı və İrəvan arasındakı seçimində cənubdakı soydaşlarımızın mövqeyi bir çox hallarda təsireidic faktor olur ki, yeni prezidentin milli kimliyi də burada mühüm rol oynaya bilər. İkincisi, Bakı ilə normallaşma prosesi İran dövlətinin seçdiyi xəttdir və Pezeşkian bu siyasəti davam etdirəcək”, - politoloq qeyd edib.

A.Camal rəsmi Bakının Tehranla münasibətlərin qorunmasının və normallaşma prosesinin əvvəldən tərəfdarı olduğunu diqqətə çatdırıb.

“İndi əsas təşəbbüs Pezeşkian hökumətindən gəlməlidir, çünki Azərbaycan münasibətlərin inkişafını vacibliyini bütün səviyyələrdə dilə gətirib. Fikrimcə, gərginlik tərəflərin heç birinə sərf etmir, xüsusilə İranın bölgədəki maraqlarını sual altında salır. Çünki bölgədə “zəif bənd” olan Ermənistan üzərindən aparılan siyasəti heç bir nəticə vermir. Bunun ən yaxşı nümunəsi Fransadır. Makron administrasiyasının ermənipərəst mövqeyi Fransanın Cənubi Qafqazda mövcudluğunu ciddi şəkildə gerilətdi. Hesab edirəm ki, bu, region və regiondankənar qüvvələr üçün nümunə olmalıdır. Bölgənin əsas gücü Azərbaycandır və Azərbaycanın maraqlarının nəzərə alınmadığı heç bir siyasət bu bölgədə həyata vəsiqə ala bilməz. Belə cəhdlər edilə bilər, amma nəticəsi olmaz. Mövcud reallıq bundan ibarətdir. İranda bunun qəbul edildiyi müşahidə edilir, düşünürəm ki, rəsmi Tehran bölgədəki maraqları naminə bundan sonra Bakı ilə toqquşma yox, qonşuluq prinsipinə əsaslanan siyasəti davam etdirəcək”.

Tarix
2024.07.10 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla