Yuxarı

Zəngəzur İranla Rusiyanı üz-üzə qoydu - Türk mediası

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

Bildirilib ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır:

“Rəsmi Tehran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycanın regiondakı nüfuzu daha da güclənəcək. İran bunu təhdid kimi qəbul edir. İran bunun regionda, xüsusilə Cənubi Azərbaycanda milli kimlik hissini artıracağından narahatdır. Başqa bir məsələ isə İranın regional mənada geosiyasi nüfuzunun azalması ilə bağlıdır. Həmçinin Türkiyə ilə Mərkəzi Asiyadakı türk dövlətləri arasındakı əlaqədə İran faktoru indiki kimi təsirli olmayacaq. Növbəti məqam İranın Ermənistanla sərhəddəki nəzarət imkanlarının məhdudlaşmasıdır”.

Qeyd olunub ki, bütün bunlar İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə təsir edir: “İran Ermənistanla diplomatik əlaqələrinin güclənməsinə töhfə verəcək addımlar atır. Buna misal olaraq İranın Ermənistanın Qafan rayonunda konsulluq açmasını və Ermənistanın Təbrizdə konsulluq açmasını planlaşdırmasını göstərmək olar”.

Həmçinin qeyd olunub ki, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Kremlin prioriteti Ermənistanla Qərbin əlaqələrini nəzarət altına almaqdır. İrəvanın son vaxtlar Fransa başda olmaqla Avropa ilə qurduğu hərbi əlaqələr bu dövlətin Rusiyanın təsirindən çıxdığını göstərir”.

İddia olunur ki, baş verənlər İran-Rusiya münasibətlərinə təsir edə bilər.

Tarix
2024.09.14 / 13:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bizə cavabı belə oldu: Dedilər, əgər belədirsə… - Nikol

Paşinyan Azərbaycandan qaz idxalından danışdı

Baş nazirdən əmək müqavilələri ilə bağlı qərar

Orduda islahatlar aparırıq, silah alırıq, ancaq müharibə... - Nikol

Tahir Mirkişilinin sayəsində Bakı xilas oldu

Qərb it kimi Azərbaycana dartınır - Markov

Hacıyevdən Minsk qrupu ilə bağlı açıqlama

COP29-da Ermənistanın iştirakı ilə bağlı yekun qərar... - Paşinyan

Ermənistana münasibətdə yeni plan hazırlanır

COP29: Ermənistan qərar verməlidir - Hacıyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla