Yuxarı

Dünən Əliyevlə bunu qeyri-rəsmi olaraq müzakirə etdik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”, - o bildirib.

V.Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.

“Həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində çoxlu sayda yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, sevindirici haldır ki, MDB dövlət başçılarının sammiti çərçivəsində “bu gün cari məlumat, cari işlər haqqında məlumat mübadiləsi aparmaq və bəlkə də bu irəliləyişə müəyyən düzəlişlər etmək imkanı var, bu irəliləyiş isə göz qabağındadır”.

Tarix
2024.10.08 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev iştirak edir

Odessada həbs edilən gəmidəki azərbaycanlılar ölkəyə gətirildi

Turan xəritəsi yaradılır - Rusiya təşvişə düşdü

Əliyevlə Putinin görüşü oldu - Foto

Putin Paşinyanı bu tədbirə çağırdı: Gözləyirəm...

Rusiya: Sanksiyaları ləğv edin, müharibəni dayandıraq - Təcili

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçildi

Bakı bu ərazini “işğal edəcəkdi”, biz qoymadıq - Tehran

Bu layihələr daimi nəzarət tələb edir - Prezident

Putinin Bakıya dövlət səfərindən sonra... - Əliyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla