Yuxarı

XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

Axar.az xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Ermənistanın “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın sualına cavabında əksini tapıb.

"Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib", - XİN-dən bildirilib.

Tarix
2024.10.31 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

İndicə Trampla danışdım: 5 gün qaldı, dua edirəm…

İran niyə yaxın 4 gündə zərbə endirməyə çalışır?

Ağ Evin böyük planı: İranın İsraili vurmaq istəyi...

Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi - Video

Bayramov Dauti ilə danışdı: sülh prosesi…

Prezident onları təltif etdi

Daha bir ölkə rəhbəri Bakıya gəlir

Edi Rama COP29-da iştirak edəcək

Prezident dörd səfirin etimadnaməsini qəbul etdi

İrana casusluq edən azərbaycanlı ər-arvad İsraildə tutuldu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla