Yuxarı

İran niyə yaxın 4 gündə zərbə endirməyə çalışır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İsrailə cavab zərbəsini noyabrın 5-də keçiriləcək ABŞ prezident seçkilərinə qədər endirəcəyi haqda məlumatlar yayılıb. ABŞ və İsrail mediasının tirajladığı bu informasiya İranı mümkün hücumdan çəkindirmək, yaxud təxirə salmağa məcbur etmək məqsədi də daşıya bilər. Çünki seçkiyə günlər qalmış İsrailə hücum Təl-Əvivin Tehrana qarşı addımlarını maksimum məhdudlaşdırmağa çalışan ABŞ-ın mövcud administrasiyası üçün fors-major situasiya yarada, yəhudi icmasının seçiminə təsirə edə biləcək amildir.

Lakin İranın ABŞ seçkilərinə qədər İsrailə cavab zərbəsi endirmək planının doğruluğu da istisna edilməməlidir.

İran İsrailin 26 oktyabr hücumuna cavabın veriləcəyi mesajını dini lider Xamenei və Prezident Pezeşkian səviyyəsində elan edib. İranın 1 oktyabr və 26 oktyabr hücumları arasında bərabərlik qoyacağı ehtimalı da azdır, çünki İsrailin “müqavimət oxu”na qarşı əməliyyatları davam edir, Təl-Əvivlə birbaşa müharibədən qaçan Tehranın “hesab bərabərləşdi” yanaşması ilə geri çəkilməsi ilk növbədə proksi qüvvələri üzərindəki təsir imkanlarına zərər yetirə bilər. Bu baxımdan, “danışılmış döyüş” səviyyəsində olsa belə, İranın nəsə edəcəyi gözləntisi çoxdur.

Və bu hücumun məhz ABŞ-da prezident seçkilərinə qədər edə biləcəyini şərtləndirən amillər var. Bayden administrasiyasının İran-İsrail qarşıdurmasında vəziyyəti nəzarətdə saxlaması genişmiqyaslı müharibə istəməyən Tehranın da maraqlarına uyğundur. Seçkilərdə antiiran mövqeyi ilə tanınan Trampın mümkün qələbəsi isə İsrailə “cavab zərbəsi”nin risklərini böyüdə, hətta mümkünsüz edə, həmçinin Vaşinqtonda yeni administrasiyanın dəstəyi ilə Tehrana müdaxilə ssenarilərini belə gündəmə gətirə bilər. Bu baxımdan İsrailə cavab zərbəsinin seçkiyə qədər – Ağ Evdə dəyişiklik olmadan endirilməsi İran üçün daha sərfəli görünür.

Tarix
2024.10.31 / 21:07
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İndicə Trampla danışdım: 5 gün qaldı, dua edirəm…

XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab...

Ağ Evin böyük planı: İranın İsraili vurmaq istəyi...

Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi - Video

Bayramov Dauti ilə danışdı: sülh prosesi…

Prezident onları təltif etdi

Daha bir ölkə rəhbəri Bakıya gəlir

Edi Rama COP29-da iştirak edəcək

Prezident dörd səfirin etimadnaməsini qəbul etdi

İrana casusluq edən azərbaycanlı ər-arvad İsraildə tutuldu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla