Yuxarı

Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi - Video

13:00

Qeyri-maddi dəyərlərin maddiləşdirilməsi prosesi intensivləşdirilməlidir. Bizə elə gəlir ki, hər gün belə itirilmiş maddi dəyərlərimiz yoxdur, amma çox yanılırıq.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Regionlara səfərlər zamanı anladıq ki, mətbəximiz də qeyri-maddi sərvətdir, bu, Ermənistan Milli Təhlükəsizlik Strategiyasında da qeyd olunub. Müxtəlif kəndlərə gedəndə insanlar öz mədəniyyətlərini, həyat tərzini təqdim edirlər, tanış olmayan yeməklər görürük. Biz, məsələn, 3 km uzaqlıqdakı restorana gedib soruşanda ki, sizdə bu yemək varmı, təəccüblə bunun nə olduğunu soruşurlar. Bundan sonra mütəxəssislərin əraziləri gəzərək unikal yeməkləri sənədləşdirməsi üçün qrant və ya müsabiqə proqramının həyata keçirilməsi qərara alınıb. Məqsəd arxivləşdirmək deyil, iaşə şirkətləri ilə turizmin inkişafı baxımından əməkdaşlıq etməkdir ki, onlar bu reseptləri öz menyularına daxil etsinlər”, - Paşinyan bildirib.

Qeyd edək ki, ermənilərin Azərbaycan mədəniyyətinə aid nümunələri oğurlaması 1829-cu ildə onların bizim torpaqlarımıza köçürülməsi ilə başlayıb. Bu onillər ərzində ermənilər maddi-mədəni sərvətlərimiz kimi, tariximizi, musiqimizi, mətbəximizi də oğurlayıb öz adlarına çıxıblar. Paşinyanın “restoranlar bu yeməklərin adını bilmir” deməklə əslində həmin yeməklərin ermənilərə aid olmadığını etiraf edir. Çünki “erməni milli yeməyini” ermənilərin bilməməsi mümkün deyil. Hətta bu yeməklər regional bağlı olsa belə. Məsələn, piti Şəki, ləvəngi Lənkəran və s. üçün xarakterik olsa da, o mətbəxi Azərbaycanda hamı yaxşı bilir və tanıyır, çünki minillərdir formalaşıb.

Ermənilər isə o yeməkləri ona görə tanımırlar ki, onlar vaxtilə o ərazilərdə yaşayan azərbaycanlılara məxsus olub və yalnız qonşuluqda yerləşdirilən ermənilər o mətbəxi mənimsəyiblər və lokal şəkildə tətbiq edirlər. İndi isə həmin nümunələrin toplanılmasına qrant ayrılır.

Başqa sözlə, Paşinyan Azərbaycan mətbəxinin Ermənistanda qalan izlərini toplayıb mənimsəmək üçün vəsait ayırıb.

Tarix
2024.10.31 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla