Yuxarı

Bu ölkə Ukraynaya F-16 və NASAMS göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Norveçdən F-16 təyyarələri və NASAMS zenit-raket kompleksi alacaq.

Axar.az xəbər verir ki, bu sözləri Beynəlxalq Müdafiə Əməkdaşlığı Departamentinin direktoru Gennadi Kovalenko deyib.

O bildirib ki, avadanlıqlar 500 milyon avro dəyərində yeni yardım paketi çərçivəsində göndəriləcək.

Qeyd edək ki, bundan öncə Norveç hökumətinin Ukrayna Hava Qüvvələrinə dəstək məqsədilə 1,3 milyard kron (118,4 milyon dollar) məbləğində əlavə yardım ayıracağı bildirilib. Norveçin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, ayrılan vəsait xüsusilə F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.

“Havadan müdafiə təkcə təyyarələr deyil, həm də silahlar, həmçinin vaxtaşırı texniki xidmət tələb edir. Hədiyyə edilən təyyarənin istismarı və saxlanması üçün maliyyə lazımdır. Danimarkada etdiyimiz kimi, pilotları və yerüstü personalı hazırlamaq və öyrətmək, hərtərəfli dəstək sistemi yaratmaq lazımdır. Norveç buna öz töhfəsini verəcək”, - nazir vurğulayıb.

Tarix
2024.10.31 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

İndicə Trampla danışdım: 5 gün qaldı, dua edirəm…

İran niyə yaxın 4 gündə zərbə endirməyə çalışır?

XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab...

Ağ Evin böyük planı: İranın İsraili vurmaq istəyi...

Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi - Video

Bayramov Dauti ilə danışdı: sülh prosesi…

Prezident onları təltif etdi

Daha bir ölkə rəhbəri Bakıya gəlir

Edi Rama COP29-da iştirak edəcək

Prezident dörd səfirin etimadnaməsini qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla