Yuxarı

Bakıda Ukraynanın səsi eşidilməlidir - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim dəyişikliyi iqtisadiyyatımızın hər bir sahəsinə təsir edir və biz buna uyğunlaşmalıyıq. Ölkəmizin yenidən qurulması prosesində biz baş verən dəyişiklikləri nəzərə almalı, müasir texnologiyalardan istifadə etməliyik.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk bildirib.

"Artıq qlobal məqsəd müəyyən edilib - biz ölkəmizi yaşıl yolla bərpa edəcəyik. Ancaq indi biz nəinki bu barədə danışmalıyıq, həm də bu yaşıl bərpanın tam olaraq necə baş verəcəyi ilə bağlı konkret həlləri birgə işləyib hazırlamalıyıq. Bu, Bakıda COP29-da bizim işimizin və mövqeyimizin əsas mesajlarından və əsas istiqamətlərindən biri olacaq. Bu platformada biz Ukrayna mühitinin məruz qaldığı itkilər və iqlim dəyişikliyi ilə qlobal mübarizə prosesi haqqında danışmalıyıq", - nazir deyib.

Qrinçukun sözlərinə görə, Ukrayna COP29-da digər iştirakçılarla iqlim maliyyələşdirilməsinə dair qlobal mexanizminin işlənib hazırlanması haqqında danışacaq:

“Bu məsələdə Ukraynanın səsi eşidilməlidir. Biz bərpa olunmağa, uyğunlaşmağa və bu ədalətsiz müharibədə sağ qalmağa kömək edəcək maliyyə alətlərinə çıxış əldə etməliyik”.

Tarix
2024.11.01 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

İndicə Trampla danışdım: 5 gün qaldı, dua edirəm…

İran niyə yaxın 4 gündə zərbə endirməyə çalışır?

XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab...

Ağ Evin böyük planı: İranın İsraili vurmaq istəyi...

Paşinyan Azərbaycandan rəsmi oğurluğa start verdi - Video

Bayramov Dauti ilə danışdı: sülh prosesi…

Prezident onları təltif etdi

Daha bir ölkə rəhbəri Bakıya gəlir

Edi Rama COP29-da iştirak edəcək

Prezident dörd səfirin etimadnaməsini qəbul etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla