Yuxarı

CHP sədrindən Əliyevə zəng: Atatürkün bu ifadəsini təkrarladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
CHP sədrindən Əliyevə zəng: Atatürkün bu ifadəsini təkrarladı

Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Özgür Özəl Azərbaycanın ərazi bütövlüyünün bərpası, 44 günlük Vətən müharibəsində Qələbənin dördüncü ildönümü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, Vətən uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət diləyib.

“Qarabağın azad olunmasına öz torpaqlarımızın azad olunması qədər sevindik”, - deyən partiya sədri Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsini xatırladıb.

Özgür Özəl Cümhuriyyət Xalq Partiyasının Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev qeyd etdi ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğuladı.

Tarix
2024.11.08 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla