Yuxarı

Kreml və Tehrana müttəfiq satmaq üçündür! - Şahnazaryan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml və Tehrana müttəfiq satmaq üçündür! - Şahnazaryan

“Əsədin hakimiyyətinin süqutu onun tərəfdarları olan Rusiya və İranın zəifliyini göstərir”. Bu, AB diplomatiyasının rəhbəri Kaya Kallasın qiymətləndirməsidir. Bu cür düşünən təkcə o deyil. Məsələ burasındadır ki, dünya Rusiyanın müttəfiqləri ilə nə baş verdiyini görür; dünya ABŞ-ın müttəfiqlərinin hansı uğurlara imza atdığını da görür. Və bu, gözardı edilə bilməyən mühüm reallıqdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Hrant Melik-Şahnazaryan Suriya lideri Bəşər Əsədin devrilməsi haqda qeyd edib.

O bildirib ki, Qərb Rusiyaya qarşı son dərəcə bacarıqlı oyun oynayır:

“Qərb Ukraynanı məhv etməklə geosiyasi şuranı Rusiyanın müttəfiqlərindən təmizləyir. Təbii ki, Ukraynada Rusiya qalib gələcək. Bəs belə qələbə kimə lazımdır? Yenə Qərbə. Sadə bir səbəbdən: ona görə ki, Ukrayna əvvəlki formada Qərb üçün başağrısı idi - həm Rusiyanın müttəfiqi, həm də Qərbin bir qolu kimi. Həmin ölkənin ruslarla əlaqəsi kəsilib, kiçik hissələrə bölünməli idi. Problem həll olunur. Bundan sonra ruslar nə qədər istəyirlər, bayram etsinlər. Bununla belə hamı başa düşür ki, bu, Pirr qələbəsidir.

İndiki Rusiya özünün geosiyasi maraqlarına xidmət etmir. Moskva üçün müttəfiqlər ticarət obyektinə çevriliblər.

Eyni şey İrana da aiddir.

Bəs Rusiyanın xilası nədir? "Düşmən?" Çətin ki! Həmin “Oreşnik”in cavabı Rusiyaya Suriyada verildi. Əminəm ki, Moskvada bunu yaxşı başa düşürlər. Düşünürəm ki, onlar da Moskvadakı həll yollarını bilirlər. Sadəcə olaraq milli maraqların alverini dayandırmaq lazımdır”.

Tarix
2024.12.09 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla