Yuxarı

Nazir müavini Dəməşqdə: 12 il sonra səfirlik açılır...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini Dəməşqdə: 12 il sonra səfirlik açılır...

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şeybani arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.

Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.

Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.

Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.

Nazir müavini həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.

Nazir Şeybani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib. O, Azərbaycan Prezidenti İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib. Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.

Köhnə rejimin geridə miras olaraq dağılmış, eləcə də dünya birliyi tərəfindən təcrid olunmuş Suriya buraxdığına diqqət çəkən nazir Şeybani daxildə sosial-iqtisadi inkişafın, milli və siyasi birliyin, beynəlxalq müstəvidə isə Suriyanın nüfuzunun artırılmasının prioritet olduğunu diqqətə çatdırıb.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Sonda Suriya xarici işlər naziri yeni qurulan münasibətlərin möhkəmləndirilməsi üçün ölkəmizə səfərə dəvət olunub. Nazir dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib.

Tarix
2024.12.29 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla