Yuxarı

Bu, Fransanın siyasi elitasını narahat edirsə... - Zahid Oruc

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Fransanın siyasi elitasını narahat edirsə... - Zahid Oruc

Qarabağın özü də müstəmləkə ərazisi idi. Dünyanı idarə edən siyasi qüvvələr Qarabağı əsarətdə saxlayırdılar. Qarabağ məsələsi bir daş idi və Azərbaycan bu daşdan azad oldu. Biz sanki dünya müharibəsi aparmışıq.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, Azərbaycanın daxilində müstəmləkə dövlətlərinin ümumi daxili məhsulunu nümunə gətirənlər olsa da, bu amil heç də milli azadlığa ekvivalent deyil:

"Biz müstəmləkəçi dövlətlərin niyə müstəmləkə ölkələrini əsarətdə saxladığını bilməliyik. Bakı Təşəbbüs Qrupu artıq Fransanın siyasi elitasını narahat edirsə, bu, qısa vaxt ərzində əldə olunan böyük nəticədir. Vətən müharibəsi Azərbaycanın siyasi mövqeyini dünya miqyasında gücləndirib. Qarabağda qələbə dünyanın siyasi daşlarını tərpətdi. Reyunionçular siyasi və tarixi şüur istəyindədirlər. Azərbaycanın daxilində müstəmləkə dövlətlərinin ümumi daxili məhsulunu nümunə göstərənlər var. Bunlar heç də milli azadlığı əvəz edə bilməz. Fransanın müstəmləkələri dünya müharibələri üçün məkan, nüvə silahı üçün plasdarm rolunu oynayır. Azərbaycan Qarabağda qələbəsi dünya üçün nümunədir. Biz illərlə Fransa da daxil olmaqla, beynəlxalq ictimaiyyətdən imdad diləyib. Lakin sonda ərazi bütövlüyünü özü bərpa etdi".

Tarix
2025.01.21 / 10:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla