Yuxarı

Ermənistanın Azərbaycana ərazi iddiaları davam edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır. Bu, məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər və digər əməllər yaddan çıxacaq faktlar deyil. Bütün bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir.

Axar.az xəbər verir ki, bu fikirləri XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir. “Prezident İlham Əliyev tərəfindən də vurğulandığı kimi, Ermənistanın konstitusiyasında dəyişməli olan məqamlar var. Məhz bu regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə, münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil və bu xüsusda bir sıra nümunələr mövcuddur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Tarix
2025.03.13 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla