Yuxarı

ABŞ İrana zərbəyə hazırlaşır, Tehran Zəngəzurdan əl çəkmir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İrana zərbəyə hazırlaşır, Tehran Zəngəzurdan əl çəkmir

Ermənistanın cənubunda, Zəngəzurda baş verən proseslər birbaşa İranın maraqları ilə bağlıdır və Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini özünün qırmızı xətti hesab etməsinin səbəbi də məhz bununla bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani aprelin 3-də “Aik-İran: min illik qonşuluq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, bu gün Ermənistan, Cənubi Qafqaz və İranda hadisələrin inkişafının bir-birindən asılı olduğunu iddia edib:

“İran və Ermənistanın taleyi, maraqları və təhlükəsizliyi coğrafi yaxınlığına və vahid geosiyasi məkanda yerləşməsinə görə həmişə bir-birinə bağlı olub”.

O qeyd edib ki, Ermənistanla sərhəd İranda ən təhlükəsiz sərhədlərdən biri hesab olunur:

“Biz heç vaxt Ermənistan tərəfindən təhlükə hiss etməmişik və Ermənistan da heç vaxt İran tərəfindən təhlükə hiss etməmişdir”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp nüvə sazişinə razı olmayacağı halda İranı darmadağın edəcəyini açıqlayıb. Bu kontektdə İran səfirinin cəmi 40 km sərhəd xətti olan Ermənistanla (Azərbaycanla sərhədi 689 km-dir – red.) bağlı bu açıqlaması və İranın taleyini Ermənistana bağlaması təəccüblüdür.

Tarix
2025.04.04 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla