Yuxarı

Talıbovdan teatr direktoruna məktub - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Talıbovdan teatr direktoruna məktub - Foto

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, Əliqismət Lalayevin 60 yaşı münasibətilə yazılmış məktubda onun yaradıcılıq yolundan və direktoru olduğu teatrın uğurlu fəaliyyətindən bəhs olunub:

"Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Naxçıvan teatrında başladığınız, Azərbaycan Dövlət Musiqili Teatrında davam etdirdiyiniz yaradıcılıq yolu, istedadlı rejissor və aktyor kimi yaratdığınız obrazlar və teatr tamaşaları, milli mədəniyyətimizə həsr olunmuş oçerk və məqalələr tükənməz istedadınızın məhsuludur. Böyük zəhmətdən keçən mənalı həyatınızda bundan sonra da Sizə uğurlar arzulayıram".

Əməkdar incəsənət xadimi Əliqismət Lalayev də öz növbəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbova təşəkkürünü bildirib.

Qeyd edək ki, Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyul ayının 4-də anadan olub.

Tarix
2016.07.04 / 14:57
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla