Yuxarı

Dövlət teatrlarında direktor olmaq istəyənlərin nəzərinə!

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət teatrlarında direktor olmaq istəyənlərin nəzərinə!

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib.

Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müsabiqə regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə elan olunub.

Direktor vəzifəsi üzrə əmək funksiyalarına teatrın fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təşkil etmək; yaradıcı və inzibati idarəetmənin həyata keçirilməsinə nəzarət etmək; teatrın strateji məqsədləri və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək; repertuar siyasətini formalaşdırmaq; dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət etmək; dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, digər tərəfdaşlarla əməkdaşlıq qurmaq və teatrı təmsil etmək; tamaşaçı auditoriyasının genişləndirilməsi, marketinq və kommunikasiya strategiyalarının tətbiqini təmin etmək; əməyin mühafizəsi, təhlükəsizlik və etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək daxildir.

Direktor müavini vəzifəsi üzrə isə əmək funksiyaları yaradıcı və inzibati idarəetməni həyata keçirilməsini təmin etmək; strateji inkişaf planının hazırlanmasını və icrasını təmin etmək; yerli və beynəlxalq layihələrin, təşəbbüslərin hazırlanmasını və icrasını təşkil etmək; teatrın fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq; direktorun digər tapşırıqlarını icra etmək olacaq.

Namizədlərə aid tələblərə gəldikdə isə qeyd olunub ki, direktor vəzifəsi üzrə namizəd Azərbaycan vətəndaşı olmalı; idarəetmə sahəsində 5 il iş təcrübəsi olmalı; mədəniyyət və incəsənət ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə ali təhsili olmalı (idarəetmə sahəsində əlavə təhsili olanlar üstünlük hesab olunur), Azərbaycan dilini mükəmməl bilməli (digər xarici dilləri bilmək üstünlük hesab olunur); strateji planlaşdırma, maliyyə layihələrin idarə olunması və inzibati idarəetmə sahəsində bilikləri olmalı; liderlik, qərarvermə, analitik düşünmə, kollektivin idarə olunması bacarıqlarına, o cümlədən Azərbaycan incəsənəti, o cümlədən teatr sahəsində zəruri biliklərə malik olmalıdır.

Direktor müavini vəzifəsi üzrə namizəd də eyni zamanda Azərbaycan vətəndaşı olmalı; rəhbər və ya idarəetmə sahəsində iş təcrübəsi olmalı; mədəniyyət və incəsənət ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə ali təhsili olmalı (idarəetmə sahəsində əlavə təhsi üstünlük hesab olunur), Azərbaycan dilini mükəmməl bilməli (digər xarici dilləri bilmək üstünlük hesab olunur), strateji planlaşdırma, maliyyə layihələrinin idarə olunması və inzibati idarəetmə sahəsində bilikləri olmalı, komanda ilə işləmək bacarığı olmalı; Azərbaycan incəsənəti, o cümlədən teatr sahəsində zəruri biliklərə və MS Office proqramlarında sərbəst işləmək bacarığına malik olmalıdır.

Tarix
2026.08.04 / 17:13
Müəllif
Kult.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla