Yuxarı

Bu teatrdan tamaşaçılara müraciət: Hazırıq!

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu teatrdan tamaşaçılara müraciət: Hazırıq!

Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə müraciət edib.

Teatrdan Kult.az-a verilən məlumatda bildirilir ki, sentyabr ayında yeni mövsüm və təzə səhnə əsərlərilə, maraqlı layihələrlə tamaşaçıların görüşünə gələn sənət məbədləri hələ də gözləmə mövqeyindədir.

Müraciətdə qeyd olunur ki, mövcud şərait, dünyanı cənginə alan koronavirus infeksiyasının yaratdığı məhdudiyyətlər teatr zallarını boş, sənət adamlarını işindən, tamaşaçısından uzaq qoyub:

"Artıq dünya bu ümumbəşəri bəla ilə mübarizə üsulları tapdığı üçün tezliklə qapılarımızı sənətsevərlərin üzünə açacağımıza və rəngarəng tamaşalar təqdim edəcəyimizə inanırıq. Əgər ölkə əhalisinin böyük bir qismi infeksiya əleyhinə artıq vaksin olunubsa və müəyyən şərtlər daxilində təhsilin, kütləvi tədbirlərin bərpası haqqında düşünülürsə, biz də öz növbəmizdə bütün qoyulan tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq".

"Bütün bu müddət ərzində biz virtual məkandan istifadə edərək gündəmdən düşməməyə çalışdıq, sevilən səhnə əsərlərimizin unudulmaması üçün çaba göstərdik. 44 günlük Zəfər mübarizəmizə öz qatqımız olması üçün bu mövzuda müxtəlif online layihələr, videoçarxlar hazırladıq. Amma hər kəsə bəllidir ki, teatr canlı sənətdir və bizlərdən ötrü tamaşaçı ilə ünsiyyət çox vacibdir. Ümidvarıq ki, Operativ Qərargah tezliklə teatrların fəaliyyəti ilə bağlı müsbət qərarını, qaydalarını elan edəcək və biz mövsümün açılışı haqqında xəbəri sevə-sevə paylaşacağıq. Bütün dövrlərdə, bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, teatr yaşayıb, yaşayacaq!", - məlumatda vurğulanır.

Tarix
2021.09.06 / 20:30
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla