Yuxarı

Kalmık tamaşaları Azərbaycanda - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kalmık tamaşaları Azərbaycanda - Foto

Oktyabr ayının 9-dan 11-dək Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı Gənc Tamaşaçılar teatrının qonağı olacaq.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iki teatr rəhbərliyi arasında imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən teatrın yaradıcı heyəti A.S.Puşkinin "Золотая рыбка" ("Qızıl balıq") və Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşaları ilə çıxış edəcək.

Səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova olan "Золотая рыбка" tamaşasının quruluşçu rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Kalmıkiya Respublikasının əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.

"Любящая женщина" tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Saqlar Çulkayevdır. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.

Qeyd edək ki, "Золотая рыбка" tamaşası oktyabr ayının 9-da saat 12.00; 14.00; 16.00-da, oktyabr ayının 10-da saat 10.00; 12.00; 14.00; 16.00; 18.00-da, oktyabrın 11-də saat 10.00; 12.00 və 14.00-da, "Любящая женщина" tamaşası oktyabr ayının 11-də saat 19.00-da nümayiş etdiriləcək.

Tarix
2015.10.02 / 23:02
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla