Yuxarı

Daha bir qalmaqallı teatr yaradıldı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir qalmaqallı teatr yaradıldı

ODA teatrının rəhbəri Elmin Bədəlov daha bir müstəqil teatr təsis edib.

Bu barədə Axar.az-a məlumat verən Bədəlovun sözlərinə görə, yeni teatr ADO adlanır: "Bu teatr üçün artıq yeni stildə bir tamaşa da hazırlamışıq. Teatrın açılışı günü həmin tamaşanın premyerasını da edəcəyik. Premyara 3 gün – 16, 17, 18 oktyabrda baş tutacaq".

E.Bədəlov onu da bildirib ki, Azərbaycanda bu səpkili teatr yoxdur və təzə tamaşa ölkədə böyük diqqətə səbəb olacaq: "ODA teatrı ölkədəki teatrlara alternativ idisə, ADO bütün teatrlara, o cümlədən ODA-ya da alternativ olacaq.

Çünki bu teatrın öz xətti, özünəməxsus tamaşaları olacaq ki, bu da Azərbaycanda bir ilkdir. Bu teatrda artıq tamaşaçı da tamamilə hadisələrin içində olacaq.

Biz qabaqcadan elan edirik ki, ADO-ya gələnlər istənilən hadisə ilə qarşılaşa bilərlər. Bu baxımdan səhifəmizdə teatr haqda yayacağımız elanları diqqətlə izləsinlər".

Qeyd edək ki, ADO teatrının qurulmasına sentyabrın 1-dən start verilib. ADO Teatrının rəsmi Facebook səhifəsi: fb.com/adoteatr.

Tarix
2015.10.12 / 19:18
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla