Yuxarı

Gənc Tamaşaçılar səfərə hazırlaşır – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc Tamaşaçılar səfərə hazırlaşır – Foto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 25-də Rusiya Federasiyasının Elista şəhərinə qastrol səfərinə start verəcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, kollektiv 4 gün müddətində Milli Dram Teatrın səhnəsində uşaqlar üçün Pərvinin "Dəcəl keçi" və böyüklər üçün Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşalarını nümayiş etdirəcək.

Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunacaq tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərgidə rəssamın yüzdən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərlərinin nümayişi nəzərdə tutulub.

Daha sonra Elista şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı – aktyor – müğənni İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsertin keçirilməsi də nəzərdə tutulub.

Tarix
2015.10.15 / 02:00
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla