Yuxarı

Gürcüstana heç bir aktyor aparılmadı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstana heç bir aktyor aparılmadı

Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissor Aleksandr Şarovski Rus Teatrlarının Ümumdünya Konqresində iştirak edirlər.

Teatrdan Axar.az-a verilən məlumata görə, tədbirə müxtəlif ölkələrdə fəaliyyət göstərən rus teatrlarının bədii rəhbərləri və direktorları, görkəmli mədəniyyət xadimləri dəvət olunub.

Bu səfər son 5 il ərzində Səməd Vurğun adına Rus Dram Teatrının Qriboyedov adına Tbilisi Akademik Rus Dram Teatrının kollektivləri arasında yaradılan dostluq və yaradıcılıq əlaqələrinin davamıdır. Yubiley gecəsində Rus Dram Teatrının rəhbərliyi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin adından təbrik məktubu oxuyacaq.

Qeyd edək ki, "Rus klubu" Beynəlxalq Mədəni-Maarif İttifaqının dəstəyi ilə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının Tiflisdə keçirilən yubiley şənlikləri və Rus Teatrlarının Ümumdünya Konqresi oktyabrın 26-dan 30-dək keçiriləcək. Qriboyedov adına teatrın 170 illiyinə həsr olunmuş konqresin proqramına dəyirmi masalar, aktual mövzularda yaradıcılıq görüşləri, açıq mühazirələr, müasir rus teatrının problemləri daxildir.

Tarix
2015.10.26 / 17:43
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla