Yuxarı

“O istəyin qarşısını ala bilmədim”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“O istəyin qarşısını ala bilmədim”

Mən hər zaman ən yaxşısını etməyə çalışmışam.

Bu sözləri xalq artisti Amaliya Pənahova son vaxtlar rejissor kimi fəaliyyət göstərməsi haqda Axar.az-a danışarkən deyib.

Aktrisa rejissorluq etməsini daxildən gələn istəklə əlaqələndirib: "Daxili tələbatım və məni maraqlandıran mövzular olduğu üçün rejissor kimi fəaliyyət göstərməyə başladım.

Bu istəyin qarşısını ala bilmədim. Yəni tamaşaçıya deməyə sözüm, mövzularım var idi. Ona görə məni maraqlandıran mövzulara müraciət edərək tamaşalara quruluş verdim. Televiziya filmləri çəkdim, indi də çalışıram".

Onun sözlərinə görə, Oqtay Altunbayın "Dəmirüz" romanı əsasında yazılmış "Tomris" pyesinə quruluş verib: "Massagetlərin hökmdarı Tomris rolunu da özüm ifa etdim. Rejissor kimi əsərdə müəyyən ixtisarlar apardım, bu günümüzlə səsləşən monoloqlar yazdım.

"Məhsəti" və bir çox tamaşalarımıza quruluş vermişəm. Səhnə əsərlərimizlə Türkiyədə qastrol səfərlərdə olmuşuq. Ümumiyyətlə, Bələdiyyə Teatrının regionlarımızda və xarici ölkələrdə uğurlu çıxışları olub".

Tarix
2015.12.08 / 12:11
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Ağar: Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla