Yuxarı

İsrafilov beynəlxalq müsabiqədə münsif oldu

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrafilov beynəlxalq müsabiqədə münsif oldu

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov görkəmli türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən "Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin qaliblərinin seçilməsi mərasimində iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, İ. İsrafilov Avrasiya Yazarlar Birliyinin başçısı Yaqub Öməroğlunun dəvəti ilə beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü kimi yarışmanın qaliblərinin elan olunması tədbirində də iştirak edəcək.

Müsabiqənin nəticəsi dekabrın 8-də Ankarada elan olunacaq.

Müsabiqəyə 18 ölkədən 109 əsər göndərilib. Qalibləri mükafatlandırma mərasimi Türkiyə Mədəniyyət Nazirliyinin "Kiçik teatr" binasında keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2015-ci ili Türkiyənin tanınmış dramaturqu, yazıçı-publisist Haldun Tanərin (1915-1986) anadan olmasının 100 illiyi münasibətilə "Haldun Taner ili" elan edib.

Tarix
2015.12.08 / 12:33
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ağar: Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla