Yuxarı

Mərhum aktrisanın xatirə dəftərindən: “Anam...”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərhum aktrisanın xatirə dəftərindən: “Anam...”

Anamın gözlərində həmişə kədər, qəm görmüşəm, ancaq bunun səbəbini soruşanda heç vaxt danışmazdı. Ya söhbəti başqa istiqamətə yönəldər, ya da təkliyə çəkilərdi.

Axar.az xəbər verir ki, bu sözlər mərhum aktrisa, əməkdar artist Vəfa Fətullayevanın xatirə dəftərindəndir. Anası, böyük sənətkar Hökümə Qurbanova ilə bağlı xatirələrini qələm alan aktrisa onun Nəcibə Məlikova ilə münasibətlərindən də söz açıb:

"Bizim xoşbəxt günlərimiz də çox olub. Anam SSRİ xalq artisti adını alanda evimizə çoxlu teleqram, təbrik məktubları gəlirdi. Onların içərisində sadə kolxozçudan yüksək vəzifəli adamlara qədər var idi. Bu məktubları oxuduqca çox sevinir, anamın necə böyük aktrisa olduğunu başa düşürdüm. İnanırdım ki, o sözlər məktubları yazan insanların tam səmimi, ürəkdən gələn sözləridir. Anam buna layiq insan idi.

Nəcibə Məlikovanın anamla münasibəti yaxşı deyildi, hətta küsülü idilər, səbəbini bilmirəm. Heç vaxt da soruşmamışdım. Bütün bunlara baxmayaraq, Nəcibə xanım məni çox istəyirdi. Həmişə mənə rollarımda kömək edirdi, doğmalıq göstərirdi. Mən də onu çox istəyirdim, amma heç vaxt anamla nəyə görə küsülü olduqlarını öyrənə bilmədim".

Qeyd edək ki, əməkdar artist Vəfa Fətullayeva 1987-ci ildə 41 yaşında vəfat edib.

Tarix
2015.12.18 / 22:35
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Ağar: Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla