Yuxarı

“Haldun Tanər” azərbaycanlı sahiblərinə verildi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Haldun Tanər” azərbaycanlı sahiblərinə verildi

Akademik Milli Dram Teatrında teatr xadimlərinə TÜRKSOY-un "Haldun Tanər" medalı təqdim olunub.

Axar.az xəbər verir ki, teatr sənətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, professor Məryəm Əlizadə, yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsud və tanınmış aktyor və rejissor, əməkdar incəsənət xadimi, Cahangir Novruzov "Haldun Tanər" medalına layiq görülüb.

Tədbirdə teatrın bədii rəhbəri-baş rejissoru, xalq artisti Azər Paşa Nemət son illər TÜRKSOY-un həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, qurum türkdilli xalqların ortaq mədəniyyətinin daha geniş coğrafiyada tanınması istiqamətində mühüm işlər görür.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan teatrının son illər ərzində böyük inkişaf yolu keçdiyini söyləyib.

"Teatrı sevməyən insan özünü sevmir. Azərbaycan teatrına çox yaxından bələdəm və bu sahədə çalışan insanların bir çoxu ilə dostam. Azərbaycanın ən kiçik şəhərlərində belə böyük teatrlar fəaliyyət göstərir. Bu, olduqca təqdirəlayiqdir".

Tarix
2015.12.24 / 17:40
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ağar: Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla