Yuxarı

Teatr rəhbərliyi Ramiz Məliki belə təbrik etdi - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teatr rəhbərliyi Ramiz Məliki belə təbrik etdi - Foto

Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, direktorun əmək funksiyalarını icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Xalq artisti Hacı İsmayılov, truppa müdiri Elnur Məmmədov və teatrın Həmkarlar Təşkilatı adından sədr müavini Nigar İsrafilqızı 80 illik yubileyi münasibətilə Xalq artisti Ramiz Məlikə evində baş çəkib, onu təbrik ediblər.

Kult.az xəbər verir ki, görkəmli sənətkarın Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, yubileyi münasibətilə ona təbrik məktubu, mükafat və hədiyyə təqdim olunub.

Teatr rəhbərliyi Ramiz Məlikə Allahdan şəfa arzulayıb, səhhətindəki problemlərin tezliklə həll olunacağına, yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyinə inandıqlarını deyiblər.

Xalq artisti Ramiz Məlik diqqət və qayğı üçün təşəkkürünü bildirib, teatr rəhbərliyinə yeni işində uğurlar arzu edib. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən onunla mütəmadi olaraq maraqlanır, vəziyyətini diqqət mərkəzində saxlayırlar.

Qeyd edək ki, Xalq artisti Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Milli səhnə sənətimizin korifeyləri Rza Təhmasibdən, Tofiq Kazımovdan və Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. O, aktyorluq etməklə yanaşı bir neçə tamaşada rejissor və rejissor assistenti kimi çalışıb.

1984-ci ildə Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

2019-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Tarix
2023.08.04 / 16:54
Müəllif
Kult.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla