Yuxarı

İsrafilovun səlahiyyət müddəti başa çatdı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrafilovun səlahiyyət müddəti başa çatdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən gedir.

Report-un xəbərinə görə, İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov açıqlamasında bildirib ki, nazirliklə bağlanan müqavilə müddəti bitdiyi üçün kadrların işinə xitam verilməsi faktları var:

"Kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi.

Xatırladaq ki, İ.İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil.

Tarix
2015.12.30 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ağar: Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla