Yuxarı

Bu teatrı sökürlər - Rəsmi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu teatrı sökürlər - Rəsmi

12:46

Mədəniyyət və Turizm Nazirliyinin qərarını gözləyirik.

Bu sözləri YUĞ teatrının direktoru Tərlan Rəsulov teatrın sökülməsi haqda Axar.az-a danışarkən deyib. O, məsələnin hələ tam şəkildə təsdiqini tapmadığını bildirib:

"Hələ ki, ortada dəqiq bir şey yoxdur. Bu haqda Mədəniyyət və Turizm Nazirliyinin bizə məlumat verməsini gözləyirik. Amma tamaşaçılara onu deyim ki, YUĞ teatrı fəaliyyətini dayandırmayacaq. Biz daim yaradıcı işimizi davam etdirəcəyik".

Qeyd edək ki, bu gün tanınmış rejissor Cavid Təvəkkül şəxsi Feysbuk səhifəsində YUĞ teatrının sökülməsi ilə bağlı məlumat yayıb.

***

Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumatda bildirilib.

"Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ" teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, "Yuğ" teatrı üçün yeni binanın tikintisi məsələsi gündəmdədir.

Tarix
2016.01.14 / 14:26
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla