Yuxarı

Kamal Abdullanın təklifinə - Münasibət

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın təklifinə - Münasibət

Hörmətli Kamal Abdullaya dərin təşəkkür edirəm bu təklifinə görə, çünki o, teatrımızın yaşaması və fəaliyyətini davam etdirməsi üçün bu təklifi irəli sürüb. Ancaq düşünürəm ki, belə bir birləşmə mümkün deyil.

Bu sözləri YUĞ teatrının direktoru Tərlan Rəsulov Dövlət müşaviri Kamal Abdullanın YUĞ və Pantomim teatrlarının birləşdirilməsi təklifi haqda Axar.az-a danışarkən deyib. O, Pantomim Teatrı ilə birləşməyin mümkün olmadığını bildirib:

"Dövlət müşaviri, hörmətli yazıçımız Kamal Abdulla YUĞ teatrını qorumağın lazım olduğunu bildirib. Çox sağ olsun. Ancaq düşünürəm ki, YUĞ və Pantomim teatrları bir teatrda birləşə bilməz. Doğrudur, Kamal müəllim iki ayrı truppa kimi fəaliyyəti nəzərdə tutub. Ancaq hər bir halda YUĞ-un ayrıca fəaliyyəti daha yaxşı olar. O ki qaldı YUĞ-a yeni bina verilənə kimi hər hansı teatrın binasında fəaliyyət göstərməsinə, biz Mədəniyyət və Turizm Nazirliyinin qərarını gözləyirik. Nazirlik harada desə, YUĞ orada da fəaliyyət göstərəcək".

Xatırladaq ki, YUĞ Teatrının yerləşdiyi köhnə binadan çıxması barədə qərar verilib. Dövlət müşaviri Kamal Abdulla "Kulis"ə açıqlamasında YUĞ Teatrının fəaliyyətini davam etdirməsi üçün belə bir maraqlı təkliflə çıxış edib:

"YUĞ sənət dilinə və ənənələrinə bizdə uyğun gələn teatr Pantomim Teatrıdır. Bu teatrların kollektivləri eyni bədii-estetik müstəvidə bir-birini tamamlayırlar. Bu iki teatrın mənən (və əlbəttə ki, maddi baza baxımından) birləşməsi, elə bilirəm ki, bu gün söhbət mövzusu ola bilər. Bir teatr çərçivəsində iki truppa kimi".

Kamal Abdulla bu teatrların gələcəkdə ayrılmasını da mümkün sayıb:

"Daha uyğun gələcəkdə şərait tələb edərsə, bu inteqrasiyanın yenidən diferensiasiyaya "uğraması" heç bir problem yaratmaz".

Tarix
2016.01.19 / 16:44
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla