Yuxarı

YUĞ razılaşdı: Köçürlər

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
YUĞ razılaşdı: Köçürlər

Teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq.

Axar.az xəbər verir ki, bu sözlər YUĞ Dövlət Teatrının kollektivi adından teatrın mətbuat xidmətinin yaydığı mətndə yer alıb:

"Şübhəsiz ki, 10 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq. Amma teatrımızın kollektivi bu çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir. Tezliklə yeni məkanda, yeni yaradıcılıq işləri ilə görüşmək ümidi ilə".

Xatırladaq ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət YUĞ teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi YUĞ Dövlət Teatrı yaradıcılıq fəaliyyətini 2016-cı ilin fevral ayının 1-dən etibarən Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, YUĞ teatrı bu gün saat 19:00-da köhnə binada (M.Muxtarov küçəsi, 83) T.Rəsulovun quruluşunda hazırlanan "Boy" tamaşası ilə sonuncu dəfə tamaşaçıların qarşısına çıxacaq.

Tarix
2016.01.26 / 13:53
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla