Yuxarı

YUĞ köhnə binada son tamaşasını oynadı – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
YUĞ köhnə binada son tamaşasını oynadı – Foto

YUĞ teatrının kollektivi dünən Murtuza Muxtarov küçəsində yerləşən binasında son tamaşasını nümayiş etdirdi.

Axar.az xəbər verir ki, fevral ayının 1-dən tamaşalarını Kukla Teatrının binasında oynayacaq teatr kollektivi köhnə binaya "Boy" adlı tamaşa ilə vida etdi.

Tamaşadan əvvəl teatrın rəhbərliyi başda olmaqla, kollektivi və tamaşaçılar həmişə olduğu kimi teatrın foyesini yığılmışdı. YUĞ-un direktoru Tərlan Rəsulov və baş rejissoru Gümrah Ömər teatrın foyesində çıxış edərək bu günə qədər YUĞ-a dəstək olan bütün tamaşaçılara, incəsənət adamlarına və media nümayəndələrinə təşəkkürünü bildirdi. Yuğçular üçün binanın o qədər fərqi olmadığını vurğulayan baş rejissor yeni binada da eyni sevgi ilə qarşılanıb, eyni cür dəstəyi görəcəklərinə ümid etdiklərini söylədi.

"Kitabi-Dədə Qorqud" eposu əsasında səhnəyə qoyulan tamaşanın sonuncu nümayişi sürəkli alqışlarla sona çatdı. Dəqiqələrlə davam edən bu alqışlar həm aktyorların, həm də tamaşaçıların YUĞ-un köhnə binası ilə "yuğsayağı" vidası idi.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi YUĞ Dövlət Teatrı yaradıcılıq fəaliyyətini 2016-cı ilin fevral ayının 1-dən etibarən Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirməsi barədə qərar çıxarıb.

Tarix
2016.01.27 / 17:53
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla