Yuxarı

Rejissorun 100 illik yubileyi keçiriləcək

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rejissorun 100 illik yubileyi keçiriləcək

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Əliheydər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Yubiley gecəsində Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov və başqaları Ə. Ələkbərovun həyat və yaradıcılığından danışacaq, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs edəcəklər.

Qeyd edək ki, Ə. Ələkbərov 1915-ci il iyulun 26-da anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. O, 1975-ci il martın 3-də vəfat edib.

Tarix
2016.01.30 / 12:09
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla