Yuxarı

Nazir Rafael Dadaşovu mükafatlandırdı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Rafael Dadaşovu mükafatlandırdı

Xalq artisti Rafael Dadaşov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Axar.az xəbər verir ki, xalq artistinə bu mükafat 70 illik yubileyi münasibətilə, eləcə də teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə verilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafat alanlar arasında ömrünün 40 ildən çoxunu sənətə həsr edən xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva da var. O, bu mükafata anadan olmasının 70 illiyi və teatr sənəti sahəsində xidmətlərinə görə layiq görülüb.

Xatırladaq ki, görkəmli aktyor, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın səhnəsində Klavdi "Hamlet" (Uilyam Şekspir), Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Knyaz Xasay "Xurşudbanu Natəvan" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Tesey "Fedra" (Jan Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə) və s. onlarla başqa tamaşada maraqlı obrazlar yaradıb.

Aktyorun televiziya tamaşalarında (Anar - "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoni - "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanov - "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Hüseyn Cavid - "Topal Teymur" (Orxan), İslam Səfərli - "Göz həkimi" (Rauf) və s .), filmlərdə ("Bəxt üzüyü", "Mənim ağ şəhərim", "Dantenin yubileyi" və s.) oynadığı rollar da geniş tamaşaçı rəğbəti qazanıb.

Rafael Dadaşov 1987-ci ildə respublikanın əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək. Yubiley münasibətilə Rafael Dadaşovun iştirakı ilə N.Qoqolun "Müfəttiş" əsərinin tamaşası nümayiş olunacaq.

Tarix
2016.02.03 / 15:39
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla