Yuxarı

Dünya şöhrətli yazıçı Bakıda – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya şöhrətli yazıçı Bakıda – Foto

Patrik Züskindin "Kontrabas" əsəri əsasında "Orkestr məni gözləyir" adlı bir hissəli monotamaşanın premyerası olacaq.

Axar.az xəbər verir ki, YARAT Müasir İncəsənət Mərkəzinin səhnəsində göstəriləcək tamaşa Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə 5 ay ərzində hazırlanıb.

Fevralın 11-i saat 19:00-da nümayiş olunacaq tamaşanı gənc rejissor və aktyor Elvin Adıgözəl hazırlayıb. Tamaşaya giriş sərbəstdir.

Tamaşada 35 yaşlı dövlət musiqi orkestrinin kontrabasçısı öz həyatından, uşaqlığından, gizli sevgisindən danışır. O özünü çox tənha və bədbəxt hiss edir. Amma gizlətdiyi nələrsə var... Bəlkə də heç vaxt, heç kimə demədiyi sirlər əslində onun həyat faciəsinin baiskarıdır.

Qeyd edək ki, Elvin Adıgözəlin çəkdiyi "Buqələmun" filmi 2013-cü ildə Azərbaycan kino sənəti tarixində ilk dəfə LOCARNO beynəlxalq film festivalının yarışma siyahısına daxil olub. "Buqələmun" 10-na yaxın nüfuzlu festivalda nümayiş olunub.

Tarix
2016.02.06 / 12:18
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla