Yuxarı

Manafov Azdramı yox, Rusdramı seçdi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manafov Azdramı yox, Rusdramı seçdi

Aprel ayında Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olacaq.

Teatrdan Axar.az-a verilən məlumata görə, Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ifa edəcək.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək.

Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcək. Əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Xatırladaq ki, bir müddət əvvəl Fəxrəddin Manafovun Akademik Milli Dram Teatrında səhnələşdiriləcək "Cəhənnəm sakinləri" adlı tamaşada oynayacağı barədə məlumat yayılsa da teatrının mətbuat xidmətindən repertuarda belə bir tamaşanın olmadığı barədə xəbər verilmişdi.

Tarix
2016.02.23 / 16:15
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla