Yuxarı

Xocalı həqiqətləri bölgələrdə - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı həqiqətləri bölgələrdə - Foto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Cənub Regional Televiziya Şirkəti və Lənkəran Gənclər və İdman İdarəsinin tərəfdaş təşkilatçılığı ilə Salyan Dövlət Kukla Teatrında "Sən bizə əmanətsən" adlı kompozisiya-tamaşanın təqdimatı olub.

Axar.az xəbər verir ki, məktəblilər və gənclər qarşısında nümayiş olunan layihənin rəhbəri Orxan Cahangirovdur.

Kompozisiya-tamaşada əvvəlcə 1992-ci il fevralın 26-da Xocalı soyqırımında amansız işgəncələrə məruz qalan faciə qurbanları, həmçinin vətən uğrunda canlarından keçən şəhidlər haqqında şeirlər və kadrlar nümayiş olunub, azərbaycanlılara qarşı zaman-zaman vəhşilik aktları törədən ermənilərin iç üzü göstərilib.

Rejissoru Tural Kərimov olan kompozisiya-tamaşada rolları Lənkəran Dövlət Dram Teatrının aktyorları, əməkdar artisti Sücəddin Mirzəyev, aktrisa Aynur Əhmədova və gənclər canlandırıblar.

Tarix
2016.02.27 / 18:36
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla