Yuxarı

Ləzgi Teatrında tamaşa: “Multikulturalizm ili”

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ləzgi Teatrında tamaşa: “Multikulturalizm ili”

Qusar Dövlət Ləzgi Dram Teatrında azsaylı xalqların adət-ənənələrindən bəhs edən yeni tamaşa hazırlanır.

Axar.az xəbər verir ki, yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan "Sədəf" adlı tamaşa ucqar dağ kəndində yaşayan iki gəncin sevgisi və yerli toy adət-ənənələrindən bəhs edir.

Teatrın direktoru, tamaşanın quruluşçu rejissoru Faiq Qardaşov bildirib ki, azsaylı xalqların adət-ənənələrindən bəhs edən səhnə əsəri təsadüfi seçilməyib. Bu tamaşa Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar repertuara salınıb.

Yeni tamaşanın premyerası martın 1-də Qusar şəhər Mədəniyyət Mərkəzində keçiriləcək. Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.

Tarix
2016.02.28 / 00:31
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla