Yuxarı

Manafov sevgi dərslərindən danışdı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manafov sevgi dərslərindən danışdı

Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında çoxdan gözlənilən "Kazanova: Sevgi dərsləri" tamaşasının premyerası baş tutub.

Axar.az xəbər verir ki, tamaşanın rejissoru İlqar Safat, pyesin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir. Xalq artisti Fəxrəddin Manafov ilk dəfə Rus Dram Teatrının səhnəsində çıxış edib. Tamaşa ilə bağlı danışan Manafov bunun böyük məsuliyyət olduğunu bildirib:

"Təxminən dörd ildir səhnəyə çıxmırdım. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər. Təkcə özümə deyil, bütün aktyorlara uğurlar arzulayıram".

Tamaşanın rejissoru İlqar Safat xalq artisti ilə çalışmaq imkanı yaratdığına görə teatra təşəkkür edib:

"Kazanova məşhur personajdır, bütün dünya mədəniyyətində adı olan əfsanəvi obrazdır. Dəfələrlə kinematoqraflar və dramaturqlar bu obraza müraciət edib. Şadam ki, mənim xalq artisti Fəxrəddin Manafovla işləmək imkanım yaranıb. Mənə bu imkanı yaratdığına görə Rus Dram Teatrının rəhbərliyinə minnətdaram".

Tarix
2016.04.26 / 15:42
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla