Yuxarı

Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 4-də saat 4 radələrində baş verib.

Ağsu rayon sakini, 1977-ci il təvəllüdlü Fazil Feyzullayev Bakıdakı tikinti şirkətlərindən birində işləyib, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyev və Cəlilabad rayon sakini Ülvi Abasovla birlikdə Nəsimi rayonu ərazisində mənzil kirayələyib. F.Feyzullayev bir müddət işləməyib və dolanacaq üçün İ.Əliyevdən borc istəyib. İ.Əliyev də otaq yoldaşına müəyyən miqdarda pul verib. F.Feyzullayev İ.Əliyevdən bu yolla 4 200 manat borc alıb. İ.Əliyev borc verən zaman bildirib ki, ona avqust ayında evlənmək üçün pul lazım olacaq. F.Feyzullayev razılaşıb ki, həmin müddətdə onun borcunu qaytaracaq.

Məlumata görə, İ.Əliyev tikinti şirkətində iş icraçısı işləyib və özünə toy etmək üçün pul yığırmış. Avqustun 1-də İ.Əliyev otaq yoldaşından borcunu istəyib. F.Feyzullayev isə borcunu qaytarmaq üçün ondan iki gün vaxt istəyib və razılaşıblar.

Avqustun 3-də İ.Əliyev yenidən pulunu istəyəndə F.Feyzullayev ondan daha bir neçə gün vaxt istəyib. İ.Əliyev isə ona avqustun 4-də rayona gedəcəyini bildirib və pulunu tələb edib. Tərəflər arasında mübahisə də yaranıb və İ.Əliyev F.Feyzullayevi söyüb. F.Feyzullayev isə avqustun 4-ü səhər saatlarında onun pulunu çatdıracağını deyib.

Bundan sonra F.Feyzullayev İ.Əliyevi qətlə yetirməyi qərara alıb və bu barədə digər otaq yoldaşı Ülvi Abasovla plan qurub evdən çıxıblar. Axşam saatlarında İ.Əliyev işdən evə gəlib və evdə heç kimin olmadığını görüb yatıb.

Gecə saat 4 radələrində evə gələn F.Feyzullayev və Ü.Abasov İ.Əliyevin yatmasından istifadə edib onu qətlə yetirmək qərarı verib. F.Feyzullayev İ.Əliyevi yatmış vəziyyətdə bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, o, İ.Əliyevin ürək nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirib. İ.Əliyevin ölməsinə arxayın olması üçün onun boğazını da kəsib.

Məlumatda qeyd edilir ki, F.Feyzullayev və Ü.Abasov İ.Əliyevi qətlə yetirəndən sonra meyiti evdə gizlədiblər. İ.Əliyevin ailə üzvləri 3 gün onunla danışa bilməyib otaq yoldaşları ilə əlaqə saxlayıblar. Otaq yoldaşları isə İ.Əliyevin istirahətə getdiyini bildirib. Hətta onlar izi azdırmaq üçün guya İ.Əliyevin evdə olan 4 min manatı da götürdüyünü bildirib.

Çarəsiz qalan ailə İ.Əliyevi axtarmaq üçün Bakıya gəlməli olub. Bundan xəbər tutan F.Feyzullayev və Ü.Abasov meyiti doğrayaraq evdən çıxarmaq qərarına gəliblər. Onlar meyiti doğrayaraq 4 sellofan torbaya yığıb evdən çıxarıb və paytaxtın "Şamaxı yolu" adlanan ərazisindən Ağsu rayonuna gedən taksilərdən birinə əyləşib yola düşüblər. F.Feyzullayev və Ü.Abasov Ağsu dolaylarında taksidən düşüb kafelərdən biri istiqamətinə gedib ki, izi yayındıra bilsinlər. Kafelərin birinin ərazisindən meşə zolağına keçən dostlar meyiti yığdıqları iki torbanı meşədən dərəyə atıb. Daha sora onlar həmin meşə zolağı ilə rayon ərazisindəki Cavanşir gölünə gəlib, qalan iki torbaya isə ağır daş bağlayıb gölə atıblar.

Mərhumun ailə üzvləri onun yaşadığı mənzilə gəlsə də, evdə heç kimi görməyib polisə şikayət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində F.Feyzullayev və Ü.Abasov saxlanılıblar. Onlar ilkin ifadələrində qətli etiraf ediblər.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

Tarix
2025.08.12 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçıdan Zəngəzur dəhlizi ilə bağlı Mirzoyana “təlimat”

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

Bakı və İrəvanla sülh sazişi buna misaldır - Rubio

Azərbaycan Ukraynaya qırıcılarını verə bilər - Musabəyov

Trampdan Əliyev-Paşinyan görüşü ilə bağlı paylaşım - Video

Bakı və İrəvanla sıx əməkdaşlığı davam etdirəcəyik - NATO

Bakı və Tiflislə bu əməkdaşlığı davam etdiririk - Ərdoğan

Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Azərbaycan MDB-nin iclasından imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla