Yuxarı

Bakıda qətl: otaq yoldaşını öldürdü, meyitini hissələrə böldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qətl: otaq yoldaşını öldürdü, meyitini hissələrə böldü

11:55

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Avqustun 3-də Ağsu rayon sakini, 1977-ci il təvəllüdlü Fazil Feyzullayev Nəsimi rayonunda kirayədə birgə yaşadığı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevlə mübahisə edib.

Mübahisə ailə söyüşünə görə olub. İ.Əliyev mübahisə zamanı F.Feyzullayevi söyüb. Nəticədə F.Feyzullayev otaq yoldaşını yatdığı yerdə qətlə yetirib. Daha sonra o, meyiti hissələrə bölüb sellofan torbalara yığaraq, gizlədib.

Hadisədən bir neçə gün sonra isə o, meyiti avtomobillə Ağsu dolaylarına gətirib. Meyitin iki torbasını Ağsu dolaylarından dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və F.Feyzullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

***

Bakıda Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi yaşadığı evdə qətlə yetirməkdə təqsirləndirilən şəxslər həbs edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq aparılır.

Tarix
2025.08.11 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla