Yuxarı

Cəbhə bölgəsi minalardan təmizlənir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhə bölgəsi minalardan təmizlənir - Foto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 7-də iki əkin sahəsinə, 2 partlayış yerinə, 1 otlaq sahəsi və 1 təhlükəli əraziyə baxış keçiriblər. Nəticə etibarilə gün ərzində 5 min 500 kvadratmetr ərazi təmizlənib.

ANAMA-dan Axar.az-a verilən məlumatda bildirilir ki, Ağdam rayonunun Əhmədağalı kəndində partlamış hərbi sursatların - top mərmisinin və 9M22U - Qrad raketinin qalıqları, Tərtər rayonunun Şıxarx kəndində 1 ədəd partlamamış tank əleyhinə qumbara (PQ-7) aşkar olunub. Hərbi sursat daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə Ərazisinə göndərilib.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyulun 7-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 577 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 15 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.07.08 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla