Yuxarı

Qohumların zarafatı qanla bitdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qohumların zarafatı qanla bitdi

Biləsuvarda 31 yaşlı kişi evinə qonaq gələn xalası oğluna xəsarət yetirib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M.İbrahimov küçəsində yerləşən evlərdən birində baş verib.

Şəhər sakini, 1996-cı il təvəllüdlü Rəşad Səmədov (ad və soyad şərtidir) həmin ünvanda yaşayan xalası oğlu, 1994-cü il təvəllüdlü Rəşid Ağayevin (ad və soyad şərtidir) evinə qonaq gedib. Onlar bir yerdə vaxt keçiriblər.

Gecə saatlarında qohumlar zarafatlaşan vaxt qonaq gələn R.Səmədov zarafatdan inciyib və onların arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Dava nəticəsində, R.Ağayev mətbəxdəki kəsici alət hesab edilən dəhrə ilə xalası oğlunu vurub. O, R.Səmədovun qoluna xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib və hadisə yerinə Biləsuvar RPŞ əməkdaşları gəliblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.

Tarix
2025.08.16 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla