Yuxarı

AB-nin xüsusi nümayəndəsi Naxçıvanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-nin xüsusi nümayəndəsi Naxçıvanda

Avqustun 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, qonağı qədim diyar Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edən səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru nəqliyyat əlaqələri kəsilib. Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir.

F.Nəcəfli zəngin təbii resurslara malik olan Naxçıvanda alternativ enerji, logistika və turizm sektorlarında mühüm layihələrin icra olunduğunu diqqətə çatdıraraq müxtəlif sahələrdə böyük investisiya perspektivlərinin olduğunu vurğulayıb.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Avropa Birliyinin regional bağlantılara, habelə nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tarix
2025.08.30 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla