Yuxarı

Urmiyanın qurumasının əsl səbəbi budur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Urmiyanın qurumasının əsl səbəbi budur

Urmiya gölünün qurumasında çox adam iqlim dəyişmələrini əsas faktor kimi görür. Əlbəttə, iqlim dəyişikliklərini günahlandırmaq həmişə çox asandır. Amma bir faktı qeyd etməliyik ki, ötən əsrin ortalarında Aran gölü də qurumuşdu. Onda hələ iqlim dəyişiklikləri barədə heç bir danışıq yox idi. Deməli, əsas səbəb iqlim deyil.

Bu sözləri Axar.az-a açıqlamasında ekoloq Rövşən Abbasov Urmiya gölünün quruması ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, dünyanın müxtəlif bölgələrində qapalı sistemə malik göllərin quruması müşahidə olunur və bunun tək səbəbi insan amilidir:

“Düzgün planlaşdırmanın aparılmaması, təsərrüfat tədbirlərinin yanlış həyata keçirilməsi və suya olan tələbatın süni şəkildə artırılması göllərin su balansını pozur. Urmiya gölü də bunun bariz nümunəsidir. Son onilliklərdə gölə gələn çayların qarşısı bəndlərlə kəsildi, həmin sular suvarma və digər sahələrdə həddindən artıq istifadə olundu. Nəticədə gölün su balansı pozuldu və quruma baş verdi”.

Abbasov əlavə edib ki, çaylar üzərində bəndlərin tikilməsi zamanı xüsusi diqqət göstərilməlidir:

“Hər bir çayın üzərində bənd tikmək olmaz. Bu addım atılmamışdan əvvəl həmin bəndin hansı ekoloji nəticələrə səbəb ola biləcəyi dəqiq araşdırılmalıdır. Azərbaycanda Göyçay çayı üzərində tikilən bənd buna bariz nümunədir. Sözügedən bənd çox qısa müddətdə doldu və sonra çayın aşağı axarında dərin eroziya baş verdi. Nəticədə körpü uçdu, sahildəki evlər ziyan gördü. Bu səbəbdən bəndlərin tikilməsi zamanı mütləq ekoloji pasport hazırlanmalı, mümkün fəsadlar əvvəlcədən qeyd olunmalıdır”.

Tarix
2025.09.17 / 00:57
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla