Yuxarı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətini beş ay müddətinə uzadıb.

Axar.az APA-ya istinadən xəbər ki, Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, Səfərovlar və digər azərbaycanlıların həbs müddətini 2026-ci ilin may ayının 31-dək uzadılması haqqında qərar çıxarıb.

Onlar həmin müddətədək istintaq təcridxanasında qalacaqlar.

Şahin Şıxlinski və digər azərbaycanlıların cinayət işi üzrə andlılar məhkəməsinin üzvlərinin seçilməsi ilə bağlı məhkəmə iclası isə 15 yanvar 2026-cı ildə keçiriləcək.

Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Tarix
2025.12.23 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla